“Qarabağ” daha bir futbolçusu ilə vidalaşmaq üzrədir.
Kevin Medina Ağdam klubundan gedir.
Kolumbiyalı futbolçu Asiya ölkələrinin birindən sərfəli təklif alıb. Adı açıqlanmayan klub futbolçuya yüksək şərtlərlə müqavilə təklif edib. Bu səbəbdən də Medina böyük ehtimalla, klubunu dəyişəcək.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2020-ci ildən “Qarabağ”da forma geyir. Onun klubla hələ 1 illik müqaviləsi var.futbolxeber.az


























