image-1672746721_31backend

Mahir Emreli qalır, yoxsa gedir? – “Dinamo” rəsmisi aydınlıq gətirdi

image-reklam_sirab_01
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya “Dinamo”sundan ayrılmayacaq.

Bu barədə Zaqreb təmsilçisinin idman direktoru Marko Vukeliç Sportlife.az-a açıqlamasında məlumat verib.
Klub rəsmisi 25 yaşlı hücumçu barədə yayılan informasiyaları təkzib edib:
“Yalnış məlumatdır. Mahiri icarəyə verməyi düşünmürük. Onun satılması da hazırda müzakirə mövzusu deyil. O, müqavilə ilə “Dinamo”ya məxsusdur və burda qalacaq”.
Qeyd edək ki, Mahir Emreli 2022-ci ilin fevralından “Dinamo”da çıxış edir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki