image-1backend

“Mançester Yunayted” Ançelottiyə təklif göndərib

image-reklam_sirab_01

Vətəninfo.az Madrid Xtra istinadən  xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi “Real Madrid”in baş məşqçisi Karlo Ançelottini yeni baş məşqçisi kimi görmək istəyir və artıq bununla bağlı ona təklif də edib.

Ançelottinin “Real”la hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.

Hollandiyalı menecer Erik ten Haqın rəhbərlik etdiyi “Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə 13 turdan sonra 24 xalla altıncıdır.

UEFA Çempionlar Liqasında dörd turdan sonra Mançester klubu cəmi 3 xalla öz qrupunda sonuncudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki