İngiltərə Premyer Liqasının 19-cu turunun mərkəzi oyunu baş tutdu , “Mançester Yunayted” “Aston Villa”nı qəbul etdi.
Oyun “Old Trafford” stadionunda keçirilib və “qırmızı şeytanlar”ın məftunedici qələbəsi ilə yekunlaşıb.
Oyunda ilk qolu “Aston Villa”nın futbolçuları vurub – Con Makginn 21-ci dəqiqədə fərqlənib. Beş dəqiqə sonra qonaqlar dubl edib – Leander Dendonker Klement Lanqlın ötürməsindən fərqlənib.
İkinci hissədə “qırmızı şeytanlar” vəziyyəti dəyişdirdi, inanılmaz geri dönüş etdi və qalib gəldi. Erik ten Haaqın yetirmələri üç qola imza atıblar – Alejandro Qarnaço dubla, Rasmus Hoylund daha bir qol vurub.
“Mançester Yunayted” – “Aston Villa” – 3:2
Qollar: Harnacho 59, 71, Hoylund 82 – McGinn 21, Dendoncker 26
“Aston Villa”: Martinez, Konza, Karlos, Lanql, Diqne (Moreno 50), Beyli (Zaniolo 77), Makginn (Duran 86), Duqlas Luiz, Remsi (Diabi 77), Dendonker (İroqbunam 86), Uotkins
“Mançester Yunayted”: Onana, Van-Bissaka, Evans, Varan, Dalot, Mainu (MakTominay 80), Eriksen (Qor 90+4), Reşford (Entoni 80), Fernandes, Qarnaço (Mejbri 90+4), Hoylund (Kambvalya) 88)
Xəbərdarlıq : Fernandes 73 – Ramsey 45+2, Dieqo Karlos 74
“Mançester Yunayted” 31 xal toplayaraq İngiltərə Premyer Liqasının turnir cədvəlində altıncı pilləyə yüksəlib. “Aston Villa” 39 xalla üçüncü pillədə qərarlaşıb.
İngiltərə çempionatının növbəti turunda “Mançester Yunayted” “Nottingem”lə, “Aston Villa” isə “Bernli” ilə qarşılaşacaq.