image-1backend

“Mançester Yunayted” “Qalatasaray”ın ulduz futbolçusunu transfer edir

image-reklam_sirab_01

Osimhen üçün 75 milyon avro ödəməyə hazırdır – Premyer Liqa klubu

“Mançester Yunayted” bu yay hücumçu mövqeyini gücləndirmək istəyir.

Vətəninfo.az  xəbər verir ki, “qırmızı şeytanlar” bu mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin forvardı Viktor Osimheni heyətinə qatmaq istəyir.

İngiltərə klubu nigeriyalı futbolçunun “Napoli” ilə müqaviləsində nəzərdə tutulan satın alma bəndini – 75 milyon avronu aktivləşdirməyə hazırdır.

Daha əvvəl mətbuatda Osimhenin “Qalatasaray”dakı icarə müddəti bitdikdən sonra mütləq “Napoli”dən ayrılacağı ilə bağlı məlumatlar yayılıb.

Hücumçunun klubun sahibi və komandanın bəzi futbolçuları ilə münasibətinin yaxşı olmadığı bildirilir.

26 yaşlı forvard bu mövsüm Türkiyə Super Liqasında 18 oyuna çıxıb, 14 qol vurub və 4 məhsuldar ötürmə verib.Sportinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image