Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin III turunun oyunları keçirilib.
Vətəninfo.az-ın məlumatına görə, A qrupunda “Qalatasaray” doğma meydanda “Bavariya”nı qəbul edib və 1:3 hesabı ilə uduzub, “Mançester Yunayted” isə az fərqlə “Kopenhagen”i keçib.
B qrupunda “Arsenal”la mübarizə aparan “Sevilya” 1:2 hesabı ilə uduzub, “Lans” – “PSV” oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
C qrupunda “Real Madrid” “Braqa”ya 2:1, “Napoli” isə “Union Berlin”ə 1:0 hesabı ilə qalib gəlib.
D qrupunda isə “İnter” “Zalsburq”a 2:1 hesabı ilə qalib gəlib, “Real Sosyedad” isə “Benfika”ya bir qol göndərib.