Dünya çempionatının 1/16 final mərhələsində Mərakeş millisi Niderland yığmasını penaltilər seriyasında məğlub edərək adını növbəti mərhələyə yazdırıb.

Gərgin keçən qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə Niderland Kodi Qakponun qolu ilə hesabda önə keçib. Lakin Mərakeş matçın son dəqiqələrində geri dönüş etməyi bacarıb. Belə ki, 90+1-ci dəqiqədə Issa Diop hesabı bərabərləşdirib. Əlavə vaxtda qalib müəyyənləşmədiyi üçün görüşün taleyi penaltilər seriyasında həll olunub. Burada rəqibindən 4:3 hesabı ilə üstün olan Mərakeş 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, qarşılaşmadan əvvəl isə Niderlandın ifrat sağçı siyasətçisi Qert Vildersin sosial şəbəkədə paylaşdığı fikirlər müzakirələrə səbəb olub.

Siyasətçi Mərakeş futbolçularının əvvəlki oyunlarda etdikləri şükür səcdəsi ilə bağlı paylaşımlardan sonra İslam dini və müqəddəs dəyərlərlə bağlı təhqiramiz paylaşım edib. Bu isə sosial şəbəkələrdə geniş etirazla qarşılanıb.

Oyundan sonra Mərakeş millisinin futbolçuları və məşqçilər heyəti tribunadakı azarkeşlərin qarşısında toplu şəkildə şükür səcdəsi edərək niderlandlı siyasətçinin cavabını meydanda veriblər. “AzPolitika.info”