image-1backend

Məşhr futbolçu vəfat etdi

image-reklam_sirab_01

Almaniya millisinin sabiq futbolçusu Andreas Brehme 64 yaşında dünyasını dəyişib.

Vətəninfo.az xəbər verir ki, veteran müdafiəçinin ölümünə ürəktutması səbəb olub.

Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Andreas Brehme 1990-cı il dünya çempionatının finalında Argentina seçməsinin qapısına vurulmuş yeganə qolun müəllifi olub. Həmin görüşdə Bundestim 1:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb. A.Brehme karyerası ərzində ölkəsinin “Bavariya” və “Kayzerslautern”, İtaliyanın “İnter” və İspaniyanın “Saraqosa” klublarında da çıxış edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki