image-reklam-veteninfo
image-1backend

Məşhur futbolçu Braziliyada saxlanılıb

image-reklam-veteninfo

Moskvanın MOİK klubunun oyunçusu Joao Alves de Assis Silva (Jo) Braziliyada aliment ödəmədiyinə görə polis tərəfindən saxlanılıb.

Vətəninfo.az  xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Mənbənin məlumatına görə, Rio-de-Janeyrodakı hüquq-mühafizə orqanlarının əməkdaşları oyunçunu Barra çimərliyində saxlayıblar. Saxlanmaya səbəb onun keçmiş həyat yoldaşına uzun zamandan bəri aliment ödəməməsi olub.

Dördüncü dəfədir ki, Jon aliment ödəmədiyinə görə saxlanılır. Sonuncu hadisə 2025-ci ilin iyun ayında baş verib.

38 yaşlı Jo 2006-2008-ci illərdə Moskvanın MOİK klubunda oynayıb. Braziliyalı futbolmu klubla Rusiya çempionatını, eləcə də iki dəfə Rusiya kubokunu və superkubokunu qazanıb. O, Moskva komandasında 77 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki