image-1backend

Məşhur futbolçu həbs edilə bilər – Məhkəmə araşdırmaya başladı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İspaniyanın Maxadoanda şəhərinin İstintaq Məhkəməsi “Barselona”nın keçmiş müdafiəçisi Xerard Pikenin 89 bank hesabı ilə bağlı məlumat tələb edən sorğu göndərib. Məhkəmə keçmiş idmançını İspaniya Kral Futbol Federasiyası ilə korrupsiya sövdələşmələrində iştirak etməkdə şübhəli bilir.

Bundan əlavə, məhkəmə keçmiş futbolçuya məxsus iyirmi yeddi şirkətdə yoxlamaların aparılmasını tələb edib. Məsələ burasındadır ki, İspaniya Superkubokunun Səudiyyə Ərəbistanına verilməsində Pikeyə məxsus “Kosmos” şirkəti vasitəçi olub. Bu, hazırda cinayət təhqiqatının aparıldığı ən mübahisəli müqavilələrdən biridir. Bununla əlaqədar olaraq, Pike-nin bütün pul hesablarının hərəkəti üzrə yoxlamalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image