Serbiyalı Novak Cokoviç ilin ilk “Böyük Dəbilqə” turnirinə – Avstraliya Açıq çempionatına qələbə ilə başlayıb.
Vətəninfo.az-ın məlumatına görə , Melburnda start götürən turnirin ilk turunda dünya reytinqində 178-ci olan Novak Cokoviçin ilk rəqibi xorvatiyalı Dino Prijmiç olub. 4 saata yaxın davam edən qarşılaşmada Cokoviç 4 setdən sonra 6:2, 6:7, 6:3, 6:4 hesabı ilə qalib gəlib.
Avstraliya Açıq çempionatının kişi və qadınların təkbətək yarışlarında hər biri 128 tennisçi iştirak edir. Turnirin mükafat fondu 58 milyon ABŞ dollarıdır. Turnirin hazırkı çempionları Novak Cokoviç və Aryna Sobolenkodur. Yanvarın 27-də yekunlaşacaq.