image-9b63b786-c2f9-3e3f-89b3-aef650e7aebf_850backend

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

image-reklam_sirab_01

Fransanın “Paris Sen-Jermen” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun matçında öz meydanında İsrailin “Makkabi” klubunu qəbul edib. Görüş 7:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Hücumçu Lionel Messi iki qolla yanaşı, iki məhsuldar ötürmə də edib.

Bununlada o, Çempionlar Liqası tarixində bir matçda iki qol vurub, iki məhsuldar ötürmə edən ən yaşlı futbolçu (35 yaş və 123 gün) olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 6 oyunu keçirilib. Bununla 1/8 finalın növbəti 3 iştirakçısı bəlli olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki