La Liqada oynadıqları müddətdə dəfələrlə üz-üzə gələn Kriştianu Ronaldo və Lionel Messi ötən mövsüm fərqli liqalara keçərək futbolsevərləri üzmüşdü.Vətəninfo.az xəbər verir ki, iki ulduzun son dəfə 2022-ci il Dünya Çempionatının finalında öz oyununu oynadığını görmək arzusunda olan futbol azarkeşləri üçün şad xəbər var. İki futbolçunun gələn yay bir yarışmada üz-üzə gələcəklər.
Əksər futbol qurumları tərəfindən tarixin ən yaxşı iki futbolçusu kimi göstərilən Lionel Messi və Cristiano Ronaldo futbolsevərləri ovsunlayacaq bir oyunda görüşməyə hazırlaşır.
Multimilyonçu investor Robert Bonnier iki ulduzu özəl bir oyunda bir araya gətirməyə hazırlaşır. İlk əlaqənin Ronaldo və Messinin nümayəndələri ilə aparıldığı və hər iki futbolçunun müsbət cavab verdiyi bildirilib. Tarixi matçın gələn ilin yayında Uemblidə oynanılması planlaşdırılır.
Oyun üçün 90 milyon funt-sterlinq büdcə ayrılacağı bildirilərkən, “Real Madrid”in prezidenti Florentino Peresin komandasından hansısa futbolçunun bu oyunda çıxışı üçün fantastik məbləğ istədiyi ortaya çıxıb. Peres komandanın hər hansı bir oyunçunun bu turnirə qatılması üçün 21 milyon funt sterlinq istədiyi bildirilib