Amerikalı “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda “Neşvill”i yarışdan kənarda qoyaraq 1/4 finala yüksəlib.
Vətəninfo.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyununda “İnter Mayami” 3:1 hesabı ilə qalib gəlib.
8-ci dəqiqədə argentinalı hücumçu Lionel Messinin ötürməsindən sonra uruqvaylı hücumçu Luis Suares fərqlənib. Messi ikinci qolu 23-cü dəqiqədə vurub. 63-cü “İnter Mayami”nin 3-cü qolunu Finlandiyanı təmsil edən hücumçu Robert Taylor vurub, ona köməklik edən Luis Suares çıxıb.
İlk görüşdə 2:2 hesablı bərabərlik qeydə alınıb.
1/4 finalda “İnter Mayami”nin rəqibi “Monterey” – “Cincinnati” matçının qalibi olacaq. Bu komandaların ilk oyununda “Monterey” 1:0 hesabı ilə qalib gəlib.