image-2backend

Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər

image-reklam_sirab_01

Azərbaycanın çimərlik voleybolçuları Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında Ermənistan təmsilçilərini məğlub ediblər.

Azərbaycan Voleybol Federasiyasından Vətəninfo.az-a verilən məlumata görə, kişilərdən ibarət komandamız hər iki setdə çətinlik çəkmədən qalib gəlib.

Heydər Məmmədli – Nəriman Bayramlı cütlüyü 2:0 (21:15, 21:13) hesablı zəfəri bayram edib.

Qeyd edək ki, Azərbaycan komandasının növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki