image-1backend

Millimiz Türkiyə ilə üz-üzə

image-reklam_sirab_01

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

Vətəninfo.az xəbər verir ki, Siyasət Əsgərovun komandası B Liqasının 1-ci qrupunda Türkiyə ilə qarşılşacaq. Görüş “Ərzincan 13 Şubat” şəhər stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Matçı fransalı referi Aleksandra Kollin idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi bunadək səfərdə Macarıstanla heç-heçə (1:1) edib, evdə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub. Komanda 1 xalla qrupda sonuncu – 4-cü pillədə qərarlaşır.

21:00. Türkiyə – Azərbaycan
Baş hakim: Aleksandra Kollin
“Ərzincan 13 Şubat”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki