Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb.
Vətəninfo.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Zamiq Əliyevi də ilk dəfə heyətə dəvət edib.
Həmçinin Mahir Emreli də yığmaya qayıdır.
Qapıçılar: Mehdi Cənnətov, Rza Cəfərov, Aydın Bayramov.
Müdafiəçilər: Abbas Hüseynov, Qismət Alıyev, Rahil Məmmədov, Bəhlul Mustafazadə, Zamiq Əliyev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Şəhriyar Əliyev, Elvin Cəfərquliyev.
Yarımmüdafiəçilər: Coşqun Diniyev, Elvin Camalov, Aleksey İsayev, Xəyal Nəcəfov, Ceyhun Nuriyev, Emin Mahmudov, Toral Bayramov, Ozan Can Kökçü, Rüstəm Əhmədzadə.
Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Renat Dadaşov.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.