image-1backend

 Murad Musayev  İSTEFA VERDİ

image-reklam_sirab_01

Azərbaycan çempionatında çıxış edən “Sabah” klubunun rusiyalı baş məşqçisi Murad Musayev istefa verib.

Vətəninfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Klub rəhbərliyilə keçirlən görüş zamanı Musayev “Sabah”dan ayrılmaqla bağlı istəyini diqqətı çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.

Qeyd edək ki, Musayev 2021-ci ilin noyabr ayından “Sabah”ın baş məşqçisi kimi çalışırdı. Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). “Sabah” ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Klub Murad Musayevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki