image-4backend

“Neftçi”nin qadınlardan ibarət komandası heyətini 10 futbolçu ilə gücləndirib

image-reklam_sirab_01

“Neftçi”nin qadınlardan ibarət komandası heyətini 10 futbolçu ilə gücləndirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Heyətə cəlb olunan oyunçular qapıçı Aytac Şərifova (sonuncu klubu “Trabzonspor”, Türkiyə), müdafiəçilər Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ergen (“Trabzonspor”, Türkiyə), Güzide Alçu (“Amedspor”, Türkiyə), yarımmüdafiəçilər Eda Nur Özbay (“Bornova Hitab Spor”, Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor”, Türkiyə), Şehriban Dülek (“Amedspor”, Türkiyə), Vüsalə Seyfəddinova (“Olimpiada İmittou”, Yunanıstan) və hücumçu Xanım Əsədovadır (“Sabah”).

Baş məşqçi Siyasət Əsgərovun kollektiv UEFA Çempionlar Liqasının I mərhələsində qarşılaşacağı Avstriyanın “Sankt-Pölten” klubu ilə matçın hazırlığını davam etdirir.

Qeyd edək ki, sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun saat 18:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image