Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti rəqibi dəqiqləşib.
Vətəninfo.az-ın məlumatına görə, bu, 67 kq çəki dərəcəsində təsəlliverici qarşılaşmadan sonra bəlli olub.
Cəfərov bürünc mükafat uğrunda Qırğızıstandan olan Amantur İsmayılovla üz-üzə gələcək.
Amantur təsəlliverici dueldə Mate Nemesi (Serbiya) üstələyib – 8:0. Medal görüşləri axşam seansına təsadüf edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.