Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Yohan Elmander “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində “Hakken”lə İsveçdə keçirdiyi oyunun şərhini yarımçıq dayandırıb.
“Radiosport” telekanalının ekspertlərindən olan tanınmış isveçli fasilədən sonra studiyaya qayıtmayıb.
İsveç millisinin sabiq hücumçusu sonradan açıqlama verərək, qızına görə bu addımı atdığını bildirib: “Kiçik qızım şüşə balon açırmış. Qapağı çevirəndə şüşə balon qırılıb və qızımın əli kəsilib. Təcili ora getməli oldum. Studiyada məndən başqa da təcrübəli mütəxəssislər var idi. Onlar getməyimi istədilər”.
Qeyd edək ki, oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.