image-1backend

“Qarabağ” – “Ayaks” oyununa 1 gündə 20 min bilet satıldı

image-reklam_sirab_01

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununa bilet satışı davam edir.

Klubdan Vətəninfo.az-a verilən məlumata görə, artıq matça 18 500 bilet satılıb.

Ötən gün satışa çıxarılmış biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki