image-reklam-veteninfo
image-1backend

“Qarabağ” “Dinamo” (Kiyev) matçına yaxşı hazırlaşıb

image-reklam-veteninfo

Vacib səfərə yollanırıq. Yaxşı komandaya qarşı oynayacağıq. “Dinamo” Azərbaycana yaxşı tanış olan komandadır. Nəticəsindən asılı olmayaraq, azarkeşləri maraqlı oyun gözləyir.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Polşada Ukraynanın “Dinamo” (Kiyev) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis matça yaxşı hazırlaşdıqlarını bildirib: “Səfərə yaxşı nəticə üçün gedirik. Bilirik ki, rəqib də bizə qarşı çox ciddi hazırlaşır. Hətta çempionat oyunlarını da təxirə salıblar. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, “Dinamo” – “Qarabağ” matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı “Lublin Arena”da start götürəcək. Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki