“Lion”un hücumçusu Jorj Mikautadze quldurların qurbanı olub.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Actu” məlumat yayıb.
İnsident bazar günü futbolçu Liqa 1-in 13-cü turunun “Nitsa” ilə oyunundan (4:1) sonra Şasye şəhərinin Lion ətrafındakı evinə qayıdarkən baş verib.
Biri silahlı olan iki qara başlıqlı və əlcəkli şəxs gürcü futbolçuya evinin dayanacağında hücum edib. Onun 200 min avro dəyərində olan qiymətli əşyaları oğurlanıb.
Qeyd edək ki, ötən həftə “Lion” Avropa Liqasının 5-ci turu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olub. Görüş Fransa təmsilçisinin 4:1 hesablı qələbəsi ilə nəticələnib. “Aslanlar”a qəbələ gətirən qollardan ikisini Jorj Mikautadze vurub.Publika.az