image-1backend

“Qarabağ”ın 14 milyon qiyməti var, bunu necə bacardılar, çox maraqlıdır” – VİDEO

image-reklam_sirab_01

“Sabah”ın sabiq baş məşqçisi Murad Musayev Rusiyada yayımlanan “Komment.Şou” “Yutub” kanalına müsahibə verib.

Vətəninfo.az xəbər verir ki, hazırda “Krasnodar”ı çalışdıran rusiyalı mütəxəssis Azərbaycan futbolçu haqda danışıb.

Musayev “Qarabağ”ı xüsusi qeyd edib. 40 yaşlı məşqçi Ağdam təmsilçisinin kiçik büdcə ilə böyük işlər gördüyünü bildirib:

“Qarabağ” Avropada səs-küy salıb. Avropa Liqasında “Braqa”nı keçdilər.

image-2

“Qarabağ”ın 14 milyon avro qiyməti var, portuqaliyalıların isə 114 milyon avro. Bu oynadıqları oyunu həm “Sabah”a, həm də “Bayer”ə qarşı sərgiləyirlər.

Avropada böyük nəticələr qazanmağa başladılar. Onların keçdiyi yol məndə simpatiya oyadır.

Ən azı “Qarabağ”a görə Azərbaycan çempionatını izləməyə dəyər. Minimal imkanlarla böyük işlər görürlər. Avropada rəqiblərindən üstün futbol nümayiş etdirirlər.

“Braqa”nı tam üstün oyunla keçdilər. İkinci matçda 10 nəfərlələ qalmalarına və əlavə vaxta baxmayaraq, demək olar ki, üç hissədə Portuqaliya Liqa Kubokunu qazanan “Braqa”dan üstün oldular.

Belə bir komanda qurmağı necə bacardılar, çox maraqlıdır. Böyük sovet ənənələri olan “Neftçi” də var.

Bir sıra maraqlı komandaları qeyd edə bilərəm. “Sabah” da çox maraqlı komandadır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki