Ağdamın “Qarabağ” klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb.
Vətəninfo.az baku.ws-ə istinadən bildirir ki, “Qarabağ”ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb.
Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb.
Xatırladaq ki, “Qarabağ” Juninyonu 2023-cü ildə Portuqaliyanın “Çaves” klubundan heyətinə qatıb. Braziliyalı bu mövsüm Premyer Liqada 17 qol vuraraq 5 məhsuldar ötürmə ilə yadda qalıb. Juninyo Avrokuboklarda Ağdam təmsilçisinin əsas qol silahına çevrilib. Futbolçu 2023/24 mövsümündə Avroliqada 10 oyun keçirərək 5 qol və bir məhsul ötürməyə imza atıb.