image-1backend

“Qarabağ” – MOİK oyununun hakimləri Vətən müharibəsi VETERANLARIDIR

image-reklam_sirab_01

Bu gün işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol oyunu keçiriləcək.

Azərbaycan kuboku uğrunda 1/8 finalın oyununda Ağdamın “Qarabağ” klubu ilə MOİK qarşılaşacaq.

Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən mərkəzi şəhərində keçiriləcək ilk rəsmi futbol matçı olacaq. Oyun Azərbaycanın futbol azarkeşləri üçün idman bayramı hesab olunur.

Vətəninfo.az-ın məlumatına görə, “Qarabağ” – MOİK oyununa hakim təyinatı da xüsusi seçimlə həyata keçirilib.

Belə ki, qarşılaşmanı idarə edəcək baş hakim Əli Əliyev 44 günlük Vətən müharibəsinin fəal iştirakçılarından olub. Onun köməkçisi yan xətt hakimi Taleh Məmmədov da ikinci Qarabağ müharibəsinin veteranıdır.

Bundan başqa, matçın dördüncü hakimi Kamal Umudlu da 44 günlük Vətən müharibəsində döyüşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki