image-1backend

Qvardiola: Çempionluq yarışında hər şey bizdən asılıdır

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İngiltərə çempionu “Mançester Siti”nin kataloniyalı baş məşqçisi Xosep Qvardiola 27-ci turda “Mançester Yunayted”ə 3:1 hesabı ilə qalib gələn Premyer Liqanın çempionluq yarışından danışıb.

“Çempionatın çempionluq yarışında hər şey bizdən asılıdır. “Liverpul”, “Arsenal”, “Aston Villa” və digər iddialıların nə etdiyinə nəzarət edə bilmirik. Bütün matçlarda qalib gəlməliyik.

Hansı komandanın çempion olacağını deyə bilmərəm. İndi bu mərhələdə keçənilkindən daha çox xalımız var. Fərq ondadır ki, “Liverpul” da ötənilkindən çox xal toplayıb. Amma biz hər növbəti matç haqqında düşünməliyik”, – deyə Qvardiola BBC-dən sitat gətirib.

27 turdan sonra “Mançester Siti” 62 xalla ikinci pillədə qərarlaşıb və lider “Liverpul”dan 1 xal geri qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki