image-1backend

“Real Madrid” Arda Gülerlə bağlı son qərarını verdi

image-reklam_sirab_01

“Real Madrid”in prezidenti Florentino Peres transfer dövründə komandadan icarə əsasında ayrılacağı gözlənilən türkiyəli gənc futbolçu Arda Gülerlə bağlı qərar verib.

Vətəninfo.az  “haberturk.com” saytına istinadən xəbər verir ki, İspaniya klubunun prezidenti Peres və baş icraçı direktoru Xose Anxel Sançes Arda Gülerin başqa kluba icarəyə getməyəcəyini vurğulayıblar.

Arda Güler üçün 30 milyon avro sərmayə qoyan və onun keyfiyyətinə hər zaman inanan Peres və Sançes də gənc oyunçunun qarşıdakı dövrdə dünya ulduzu olacağına inandıqlarını Ançelottiyə bildiriblər.

Qeyd edək ki, bu mövsüm iki dəfə ağır zədə alan Arda Güler “Real Madrid”in heyətində 6 matçda 93 dəqiqə ərzində meydanda olub və bir qol vurub.

Bu yaxınlarda keçirilən “Selta Viqo” ilə matçın 89-cu dəqiqəsində oyuna daxil olan istedadlı futbolçu 94-cü dəqiqədə rəqib qapıçının yanından driblinqlə topu tora göndərib.bizim.media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image