image-1backend

Rusiya millisinin sabiq futbolçusu ilin sonunadək həbsdə qalacaq

image-reklam_sirab_01

Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev narkotiklə bağlı cinayət işi üzrə dekabrın 31-dək həbsdə qalacaq.

Vətəninfo.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Krasnodar məhkəməsi qərar çıxarıb.

42 yaşlı keçmiş müdafiəçi oktyabrın 29-na keçən gecə polis tərəfindən saxlanılıb. Onun üzərindən satmaq məqsədilə 500 qram mefedron aşkarlanıb.

Qeyd edək ki, Aleksey Buqayev ölkəsində “Torpedo”, “Lokomotiv”, “Krasnodar” kimi klublarda çıxış edib. O, 2004-2005-ci illərdə Rusiya yığmasının formasını geyinib.Report


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image