image-2backend

Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisi ilə görüş keçirilib

image-reklam_sirab_01

Sentyabrda Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək kişi şahmatçılardan ibarət Azərbaycan millisi ilə görüş görüş keçirilib.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, toplantıda yığmanın üzvləri Şəhriyar Məmmədyarov, Nicat Abasov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və kapitan Teymur Rəcəbov iştirak ediblər.

Ölkə xaricində olan Rauf Məmmədov toplantıya videobağlantı vasitəsilə qoşulub.

Olimpiadaya hazırlığın gedişatı və son yarışlardakı nəticələrlə maraqlanan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov təlim-məşqlərlə bağlı bundan sonra da milli komandaya lazımi şəraitin yaradılacağını bildirib. Görüş zamanı fərdi qaydada hazırlaşan şahmatçıların fikirləri dinlənilib, olimpiadayla bağlı mühüm məsələlər müzakirə edilib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 10-23 sentyabr tarixlərində Macarıstanda keçiriləcək. Yarışda Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞF-nin vitse-prezidenti Faiq Həsənov olacaq.

image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image