Vətəninfo.az xəbər verir ki, Madrid “Atletiko”sunun argentinalı baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “İnter”ə Milanda 0:1 hesablı məğlubiyyəti şərh edib .
“Yaxşı çıxış etdik, bu matçda planımızı reallaşdırmağa yaxın idik. Rəqibin hücumlarını daha yaxşı dayandırardıq. “İnter” onlardan yalnız birindən səmərəli istifadə edə bilib. Əks-hücumlarda tez-tez topu itirirdik. Rəqib bundan yararlanaraq qol anlar yaratdı.
Təkmilləşmək, daha intensiv hərəkət etmək və fərdi mübarizədə üstünlük əldə etmək lazımdır. Əminəm ki, biz bütün bu bəhrələri görəcəyik”, – deyə Simeonenin sözlərini UEFA-nın saytı sitat gətirib.
Komandaların cavab oyunu martın 13-də Madriddə baş tutacaq.