Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının açılış mərasimi baş tutub.
Vətəninfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov, Təşkilat Komitəsinin sədri, Vüqar Həşimovun atası Qasım Həşimov da tədbirdə iştirak ediblər.
Daha sonra isə püşkatma mərasimi baş tutub.
Qeyd edək ki, turnirdə ölkəmizi 3 şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.