Dekabrın 20-dən 24-nə kimi Abşeron Olimpiya Kompleksində Taekvondo üzrə Azərbaycan çempionatı keçirilib. Vətəninfo.az xəbər verir ki, yarışda 890 yeniyetmə, gənclər və böyüklərdən ibarət komandalar çıxış edib. 5 gün davam edən mübarizədə Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin komandası bütün rəqiblərini üstələyərək çempion olublar. Yarışda ikinci yeri Ağcabədi komandası, 3-cü yeri Xəzər komandası , dördüncü yeri isə Təhsil RİM-Sumqayıt komandası tutub. Bu yarışda Qafqaz komandası beşinci yerə sahib olublar.