Afrika Millətlər Kubokunda iştirak etmək üçün Fil dişi sahilinə yollanan Qambiya millisinin bir neçə futbolçusu huşunu itirib.
Vətəninfo.az xəbər verir ki, buna təyyarədə oksigen çatışmazlığı səbəb olub. Təyyarə az sayda adam üçün nəzərdə tutulub. Uçuş vaxti isə nəzərdə tutulandan çox sərnişin olub.
Qambiya millisinin baş məşqçisi bildirib ki, uçuş daha 30 dəqiqə davam etsəydi, o zaman təyyarənin göyərtəsində olan bütün insanlar həlak ola bilərdi.
Xatırladaq ki, ilkin müayinə zamanı salonda təzyiq və oksigen itkisi aşkar edilib. Bu texniki nasazlığın səbəbləri araşdırılır. Qambiya Futbol Federasiyası komandanın qitə çempionatı üçün Fil Dişi Sahilinə mümkün qədər tez səfər edə bilməsi üçün operativ həll yolu tapmağa çalışdığını bildirib.Publika.az