image-1backend

Türkiyə növbəti dəfə Qəzza zolağına humanitar yardım göndərib

image-reklam_sirab_01

Türkiyə Qızıl Aypara Cəmiyyətinin Qəzza üçün hazırladığı 5 066 ton humanitar yardımın yükləndiyi gəmi Mersin Beynəlxalq Limanından yola düşüb.

Vətəninfo.az xəbər verir ki, oktyabrın 7-dən etibarən İsrailin hücumlarına məruz qalan Qəzza zolağındakı Fələstin xalqına ərzaq, uşaq ləvazimatları və qlütensiz məhsullardan ibarət 5 066 ton yardım materialını daşıyan gəmi yola düşüb.

Məlumata görə gəmi təxminən 48 saatdan sonra Misirin Əl-Ariş limanına çatacaq.

Qeyd edək ki, humanitar yardım materialları yük maşınları ilə Rəfah sərhəd-keçid məntəqəsinə aparılacaq.
Buradakı gömrük prosedurlarından sonra materiallar Fələstin Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki