image-reklam-veteninfo
image-1backend

Türkiyə – Paraqvay oyunu yenidən keçiriləcək? – FIFA-dan cavab gəldi

image-reklam-veteninfo

Türkiye Futbol Federasiyası Paraqvaya qarşı matçın yenidən keçirilməsi ilə bağlı FIFA-ya müraciət edib.

Vətəninfo.az xəbər verir ki, sözügedən oyunda paraqvaylı futbolçunun 45-ci dəqiqədə yerə düşən hakim saatını götürərək öz qoluna taxması diqqət çəkmişdi.

FIFA qaydalarına əsasən, hakimin nüfuzuna xələl gətirən və oyunu sağlam şəkildə idarə etməsinə mane olan davranışlar matçın təkrar keçirilməsi üçün əsas sayıla bilər.

TFF bu məsələ ilə bağlı “Yüzdə bir ehtimal olsa belə, bu işi sakit şəkildə həll etməyə çalışaq. Haqqımızı istəyək” söyləyərək, FIFA-ya müraciət edib.

FIFA-nın TFF-yə göndərdiyi cavabda isə belə qeyd olunub:

“Təlimatlar açıqdır. Fikirlərinizdə və müəyyən etdiyiniz məqamlarda haqlılıq payı var. Lakin bu hadisə hakimin öz vəzifəsini yerinə yetirə bilmədiyini və ya ciddi zəiflik nümayiş etdirdiyini göstərmir. Hakimin ikinci bir saatının olması bu vəziyyətdə hər hansı şübhə ehtimalını aradan qaldırır.”

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda Paraqvaya 0:1, Avstraliyaya 0:2 hesabı ilə uduzaraq qrupda qalıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki