Türkiyənin qadınlardan ibarət milli voleybol komandası “Paris-2024” Olimpiadasında uğurlu çıxışı davam etdiri.
C qrupunun ikinci oyununda ay-ulduzlu “sultanlar” Dominikan Respublikasının komandası ilə ilə üz-üzə gəliblər. Qarşılaşmada 3-1 hesabı ilə qalib gələn türklər 1/4 finala yüksəlib.
Türkiyə komandası qrupda son oyunu İtaliyaya qarşı avqustun 4-ü Bakı vaxtı ilə saat 11:00-da keçirəcək. Oyunu TRTSpor telekanalı nümayiş etdirəcək.