Azərbaycan yığmasının UEFA Millətlər Liqasında İsveçlə keçirəcəyi matçı Bakıda canlı izləmək üçün 65 isveçli azarkeş gələcək.
Vətəninfo.az bildirir ki, bu barədə “Report”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Qurum rəsmisi İsveç millisinin bu gün axşam saatlarında Bakıya çatacağını bildirib:
“İsveçdən ümumilikdə 15 media nümayəndəsi gələcək. Bu heyətə operator, fotoqraf və müxbir daxildir. 65 nəfər isə sırf fanklub üzvü gələcək. Bundan əlavə, İsveçdən 80-ə yaxın rəsmi nümayəndə (səfirlik, federasiya əməkdaşları və sair) olacaq. Komanda bu gün axşam saatlarında Bakıya çatacaq”.
Qeyd edək ki, Azərbaycan – İsveç matçı sentyabrın 5-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.