image-3backend

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçirilib

image-reklam_sirab_01

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan MMA və Qrapplinq Federasiyasının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş qaydasız döyüş üzrə peşəkar açıq turnir keçirilib.

Vətəninfo.az FHN-ə istinadən xəbər verir ki, turnirdə respublikanın müxtəlif klublarından 40-a yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda iştirak edən FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı, kiçik çavuş Hüseyn Əhmədov 66kq çəki dərəcəsində ən yüksək nəticə göstərərək turnirin çempionu adına layiq görülüb.
Qalibə Azərbaycan MMA və Qrapplinq Federasiyasının təsis etdiyi kubok və medal təqdim olunub.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

image-2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image