image-1backend

Xose Raul Mulino Panamanın yeni prezidenti seçilib

image-reklam_sirab_01

İlkin məlumatlara görə, Panamada keçirilən prezident seçkilərində keçmiş təhlükəsizlik naziri Xose Raul Mulino səslərin demək olar ki, 35 faizini toplayaraq qalib gəlib. Vətəninfo.az xəbər verir ki , bu barədə “The Associated Press” agentliyi məlumat yayıb.

O, ölkənin keçmiş prezidenti Rikardo Martinellinin tərəfdarıdır: sonuncu çirkli pulların yuyulmasına görə 10 il müddətinə azadlıqdan məhrum edilib və seçkilərdə iştirakına qadağa qoyulub.

Martinelli, sığınacaq istədiyi Nikaraqua səfirliyində olan Raul Mulinonun seçki kampaniyasına böyük dəstək verdi.

İlkin məlumatlara görə, seçkilərdə iştirak 77% təşkil edib ki, bu da Panama üçün kifayət qədər yüksək göstəricidir. Panamada keçirilən seçkilərdə ən çox səs toplayan namizəd qalib gəlir.

Panama prezidenti Laurentino Kortiso Mulinonu qələbə münasibətilə təbrik edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki