İngiltərənin “Liverpul”unun baş məşqçisi Yurgen Klopp bu komandanın sükanı arxasında 400-cü oyununa çıxıb.
Hazırda evdə İtaliya “Napoli”sinə qarşı keçirilən UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçı almaniyalı mütəxəssis üçün yubiley xarakteri daşıyır.
O, mersisaydlıların tarixində bu göstəriciyə çatan dördüncü mütəxəssisdir. Daha əvvəl Tom Uotson, Bill Şenkli və Bob Peysli “qırmızılar”ın baş məşqçisi kimi bu sayda oyun keçirib.
Qeyd edək ki, Yurgen Klopp 2015-ci ilin oktyabrından “Liverpula”a başçılıq edir.