Vətəninfo.az xəbər verir ki, Turin “Yuventus”u Monteneqronun “Buduçnost” klubunun 17 yaşlı yarımmüdafiəçisi Vasiliye Adziçlə müqavilə imzalayıb. Bu barədə Forza Juventus xəbər verir.
İtaliya klubu bu transfer üçün 5,5 milyon avro ödəyib, lakin mövsümün sonuna kimi futbolçu icarə əsasında “Buduçnost”da çıxışını davam etdirəcək.
Adjiçin “Yuventus”la müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Adziç yarım ildir “Buduçnost”un əsas komandasında çıxış edib, 23 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.