image-ea43eefe-1899-3f5c-bb2a-3a018135348b_850backend

“Yuventus” 9 ildən sonra pley-offa yüksələ bilməyib

image-reklam_sirab_01

İtaliyanın “Yuventus” klubu 9 ildən sonra UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazana bilməyib.

Massimiliano Alleqrinin baş məşqçi olduğu komanda qrup mərhələsinin V turunda Portuqaliyada “Benfika”ya 3:4 hesabı ilə uduzub.

Turin təmsilçisi son olaraq 2013/2014 mövsümündə uğursuzluqla üzləşib. “Yuventus” həmin vaxtdan sonra ardıcıl 8 mövsüm pley-offda iştirak edib.

Qeyd edək ki, H qrupunda 3 xalla 3-cü pillədə qərarlaşan “qoca sinyora” sonuncu turda Fransa PSJ-sini qəbul edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki