image-image_750x_662f367c65464backend

Mask:”ABŞ-ın Kiyevə yardımı dəlilikdir”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Amerikalı biznesmen və milyarder İlon Mask öz X hesabında yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ arasında Kiyevə davamlı dəstək haqqında danışıqlar böyük səhvdir.
“Bu dəlilikdir” yazan o, münaqişənin heç vaxt bitməyəcəyindən narahatlığını ifadə edib.

Kiyevə on il dəstək vermək üçün ABŞ-la razılaşma üzərində işlədiyini açıqlayan Zelenskinin sözlərinə diqqət çəkən iş adamı Devid Saksın postuna Mask belə cavab verib. Sahibkarın sözlərinə görə, 61 milyard dollarlıq yardım paketi yalnız başlanğıcdır və ABŞ-ın növbəti iki prezidenti bu kursu dəyişə bilməyəcək.

Bundan əvvəl Zelenski bəyan edib ki, Vaşinqtonla danışıqlar təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli saziş çərçivəsində aparılır. Eyni zamanda o, iddia edib ki, Kiyevin məqsədi bu sazişi digər ölkələrlə bağlanmış oxşar təhlükəsizlik sazişləri ilə müqayisədə “ən güclü” etməkdir.

Xatırladaq ki, ötən çərşənbə günü ABŞ prezidenti Co Bayden Rusiya ilə qarşıdurmanı davam etdirmək üçün 61 milyard dollar alan Ukrayna da daxil olmaqla, xarici müttəfiqlərə kömək etmək üçün qanun imzalayıb. Bundan dərhal sonra Pentaqon ABŞ-ın Ukraynaya 1 milyard dollarlıq paketlə hərbi təchizatı bərpa etdiyini açıqladı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki