Fransalı yarımmüdafiəçi rəqib azarkeşlərin 90 dəqiqədən çox onu və ailəsini təhqir etdiyini bildirib.
O, təhqirlərin qarşısının alınmamasından narazılığını ifadə edib: “60 min insan 90 dəqiqə, hətta daha uzun müddət anamı və ailəmi təhqir etdi. Bundan sonra isə istədiyimiz kimi qeyd edə bilmirik. Mən bunu ayıb hesab edirəm. Bilirsiniz, 60 min insan ailənizi, ananızı, övladlarınızı təhqir edəndə və heç kim, hətta hakimlər belə, onlara susmağı deməyəndə bu, çox ağır təsir edir. Fransada belə bir vəziyyət yarananda müəyyən məqamda oyunu dayandırıb azarkeşlərdən bunu dayandırmaları tələb olunur”.
Genduzi həmçinin “hörmət istəyirsinizsə, qarşılıqlı olmalıdır” mesajını verib.
Qeyd edək ki, “Fənərbağça” “Lion”u səfərdə 2:1 hesabı ilə məğlub edərək, 17 mövsümlük aradan sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.Sportify.az


























