ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada yanvarın 5-də uçuş əsnasında Boeing 737 MAX 9 tipli təyyarənin gövdəsindən bir parçanın qopması ilə baş verən hadisə xatırladılıb və bu hadisənin bir daha təkrarlanmaması lazım olduğu bildirilib. Vətəninfo.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Bu çərçivədə, FAA-nın hər bir təyyarənin təhlükəsiz olmasını təmin etmək üçün əlavə tədbirlər elan etdiyi və Boeing-ə 737 MAX 9 da daxil olmaqla MAX tipli təyyarələrin istehsalının genişləndirilməsinə icazə verilməyəcəyi bildirilib.
Açıqlamada, həmçinin, FAA-nın uçmasına icazə verilməyən 171 “737 MAX 9” təyyarəsinin hər birində yerinə yetirilməli olan hərtərəfli yoxlama və texniki baxış prosesini təsdiqlədiyi və yoxlamaların uğurla tamamlandığı və onların xidmətə qayıda bilməsi açıqlanıb.
Qeyd edək ki, yanvarın 5-i axşam saatlarında ABŞ-da “Alyaska Hava Yolları”na məxsus “Boeing 737 MAX 9” tipli sərnişin təyyarəsi havada olarkən gövdəsinin bir parçası qopub. Oreqondan Kaliforniyaya gedən təyyarə havaya qalxdıqdan təxminən 35 dəqiqə sonra təcili eniş edib, parçanın qopduğu hissədə sərnişin olmadığı bildirilib.
Alyaska Hava Yolları tərəfindən verilən yazılı açıqlamada təyyarənin 171 sərnişin və 6 uçuş heyəti ilə təhlükəsiz eniş etdiyi qeyd edilib.
Açıqlamada 65 ədəd 737 MAX 9 tipli təyyarənin yoxlama üçün müvəqqəti istifadədən çıxarılacağı və yoxlamaların bir neçə gün davam edəcəyi təxmin edilir.
FAA, operatorlar lazımi yoxlamaları tamamlayana qədər Boeing 737 MAX 9 təyyarələrinin uçmayacağını açıqlayıb.