image-999backend

ABŞ-ın sensasion planı:Medvedev açıqladı

image-reklam_sirab_01

“Rusiyanın raketləri, mərmiləri və tankları tükənməyib, müdafiə sənayesi istənilən problemi həll etməyə hazırdır”.

Vətəninfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev deyib.

“Rusiya Federasiyasının hərbi-sənaye kompleksi yükün öhdəsindən gəlir və ordunun ehtiyaclarını ödəməyə hazırdır. ABŞ-da Rusiya Federasiyasını Sibir Birləşmiş Ştatlarına və digər ayrı-ayrı ölkələrə bölmək və onları idarə etmək istəyirlər. Rusiya G20-ni başqa ölkələrlə birlikdə yaradıb və indi “məşhur” dost olmayan dövlətlər onu oradan qovmağı təklif edirlər”, – Medvedev söyləyib.

“Bütün ölkələr yeni genişmiqyaslı qlobal münaqişənin başlanmasının qarşısını almaq üçün səy göstərməlidir”, – o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki