image-65be1d1683be2backend

“Bayraktar TB3” SİHA növbəti sınaqdan uğurla keçdi

image-reklam_sirab_01

“Bayraktar TB3” SİHA (silahlı PUA) Türkiyənin Tekirdağ rayonunun Çorlu qəsəbəsindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində uçuş zamanı 30 min fut yüksəkliyə qalxıb.

Vətəninfo.az xəbər verir ki, “Bayraktar”ın verdiyi açıqlamaya görə “Baykar” tərəfindən hazırlanmış milli və yerli “Bayraktar TB3 UCAV” Yüksək Hündürlük Sistemi Performans Testini müvəffəqiyyətlə tamamlayıb.

TUSAŞ Mühərrik Sənayesi A.Ş. (TEİ) tərəfindən istehsal edilən yerli PD-170 mühərriki ilə havaya qalxan milli silahlı pilotsuz uçuş aparatının yüksək hündürlükdə sistemi və dözümlülük sınaqları uğurla başa çatıb.

“Bayraktar TB3” PUA qatlana bilən qanad quruluşu ilə “TCG Anadolu” kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb-enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.

Türkiyənin milli SİHA-sı həm də uzaq məsafədən idarə oluna bildiyi üçün görmədən başqa rabitə qabiliyyətinə də malikdir. Silahlı PUA daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat, müşahidə və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə əhəmiyyətli təsir göstərəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki