image-666backend

Polşanın qaz anbarlarını doldurmayan yeganə Aİ ölkəsi olduğu üzə çıxdı

image-reklam_sirab_01

Aİ-də yeraltı qaz anbarları orta hesabla 58,29% doldurulur, Avropa ölkələri ehtiyatları artırmaq üçün aşağı qiymətlərdən yararlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Avropanın Qaz İnfrastruktur Assosiasiyasından bildirilib (GIE). Məlumata görə, Polşa yeganə Aİ ölkəsidir ki, anbarı doldurmadan mövcud ehtiyatları istehlak edir.
Müqayisə üçün qeyd edək ki, İspaniyanın qaz anbarları Polşadan bir yarım dəfə böyükdür, lakin 88% doludur. Ən böyük qaz anbarları Almaniyadadır, onlar Polşadakından səkkiz dəfə böyükdür. Eyni zamanda, alman anbarları 66% doludur.
Polşanın qaz ehtiyatları 51,29% təşkil edir. Qəzet qeyd edir ki, bu, ölkənin daxili tələbatının cəmi 8%-ni ödəməyə kifayət edir. Fransada ən aşağı qaz ehtiyatları 34% təşkil edir, lakin bu, ölkə əhalisinin 10%-dən çoxunu qazla təmin etməyə kifayət edir.(Qaynarinfo)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki